Daha bir ölkə NATO-ya üzv olmaq üzrədirbackend

Daha bir ölkə NATO-ya üzv olmaq üzrədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kipr NATO-ya daxil olmaq niyyətindədir və alyansla yaxınlaşma məsələsi oktyabrın sonunda Kipr Respublikasının Prezidenti Nikos Kristodulides ilə ABŞ Prezidenti Co Bayden arasında keçirilən görüşün əsas mövzusu olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Yunanıstanın Kathimerini qəzeti məlumat yayıb.

Nikosiya artıq Vaşinqtondan razılıq almış NATO-ya daxil olmaq üçün plan hazırlayıb. ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bu addımın əhəmiyyətli perspektivlər açan “qazan-qazan” olacağını qeyd edib.

Qoşulmama Hərəkatının yaradıcılarından biri olan Kipr 2004-cü ildə Avropa İttifaqına daxil olduqdan sonra onu tərk edib. Xristodulides oktyabrın 30-da Vaşinqtona səfər edib, bu, onun 1996-cı ildən bəri Amerika paytaxtına ilk rəsmi səfəridir.