Daha bir ölkə Şengen zonasına daxil olurbackend

Daha bir ölkə Şengen zonasına daxil olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamenti Xorvatiyanın Avropada vizasız səyahət bölgəsi olan şengen zonasına daxil olması barədə layihəni təsdiqləyib.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, layihə 53 əleyhinə, 534 lehinə olmaqla, səs çoxluğu ilə qəbul edilib.

Bununla da Xorvatiyanın şengen ölkələri ilə iç sərhədlərdə kontrolsuz səyahət imkanının açılması istiqamətində növbəti hüquqi prosedur tamamlanıb.

Yekun nəticə isə Avropa İttifaqı Şurasında üzv dövlətlərin konsensus yolu ilə qəbul edəcəyi qərardan asılıdır.

Qeyd edək ki, şengen zonasına ümumilikdə 26 ölkə daxildir. Bunlar Bolqarıstan, Xorvatiya, Kipr, İrlandiya və Rumıniya istisna olmaqla, Avropa İttifaqı üzvləri və birliyə daxil olmayan Norveç, İslandiya, Lixtenşteyn, və İsveçrədir.