Daha bir ölkə Tehrana uçuşları dayandırdıbackend

Daha bir ölkə Tehrana uçuşları dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriya Tehrana uçuşları dayandırdı.

NOCOMMENT.az xəbər verir ki, İran və İsrail arasında hərbi münaqişə ehtimalının artması ilə əlaqədar olaraq, “Austrian Airlines” şirkəti dünən bildirib ki, Vyanadan Tehrana uçuşları aprelin 18-nə qədər 6 gün müddətinə dayandırıb.

Məlumata görə, Avstriya Xarici İşlər Nazirliyi də ölkə vətəndaşlarından İranı tərk etmələrini istəyib.

“İranın hava məkanından keçən uçuşların marşrutları da dəyişdiriləcək. Sərnişinlərimizin və ekipajımızın təhlükəsizliyi bizim ən əsas prioritetimizdir”, – deyə “Austrian Airlines” aviaşirkəti qeyd edib.