Daha bir ölkədə səfirliyimiz açılırbackend

Daha bir ölkədə səfirliyimiz açılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov Kabildə Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kaxar Balxi “X” hesabında yazıb.

O bildirib ki, görüş zamanı səfir Kabildə səfirliyin açılması ilə bağlı Əfqanıstan Xarici İşlər nazirinə rəsmi məktubu təqdim edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı Sərəncamla İlham Nəriman oğlu Məmmədov Azərbaycanın Əfqanıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.