Daha bir ölkədə səfirliyimiz təsis edildibackend

Daha bir ölkədə səfirliyimiz təsis edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanunu təsdiqləyib.

NOCOMMENT xəbər verir ki, dövlət başçısı eyni zamanda Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələləri və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq edəcək.