Daha bir ölkənin lideri İlham Əliyevi təbrik etdibackend

Daha bir ölkənin lideri İlham Əliyevi təbrik etdi 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küveyt Dövlətinin Baş naziri Əhməd Nəvaf əl-Əhməd əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

NOCOMMENT.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident!

Dost Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə məmnuniyyətlə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.

Bu gözəl fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq əlaqələrindən məmnunluğumuzu ifadə edir, bu əlaqələrin ortaq maraqlarımız naminə daha da möhkəmlənməsinə səy göstərdiyimizi vurğulayırıq.

Sizə uzun ömür, cansağlığı, dost xalqınıza davamlı inkişaf və rifah diləyirik”.