Daha bir PKK terrorçusu zərərsizləşdirildibackend

Daha bir PKK terrorçusu zərərsizləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə axtarışda olan daha bir təhlükəli terrorçu məhv edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu sosial şəbəkə hesabından məlumat yayıb.

Bildirilir ki, ən təhlükəli terrorçular sırasında axtarışda olan İsmail Sürgeç uzun illər “Yılmaz” ləqəbi ilə PKK sıralarında fəaliyyət göstərib və bu terror təşkilatının aparıcı şəxslərindən olub.

Zərərsizləşdirilən terrorçu İsmail Sürgeç bir sıra ağır terror aktları törətməkdə ittiham olunurdu.