İstanbulun Şişli rayonunda zibillik konteynerində tapılan Özbəkistan vətəndaşı Durdona Xakımovanın qətli ilə bağlı aparılan istintaq zamanı yeni detallar üzə çıxıb.
NOCOMMENT.az xəbər verir ki, polis araşdırmaları nəticəsində hadisənin Ümraniyə rayonunda yerləşən mənzildə baş verdiyi müəyyən edilib. İstintaq materiallarına əsasən, daha bir Özbəkistan vətəndaşı – 32 yaşlı Ergashalieva Sayyora həmin ünvanda qətlə yetirilib və meyiti parçalanıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəlilər meyit qalıqlarını İstanbulun müxtəlif rayonlarında yerləşən zibillik konteynerlərinə atıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən şəxslər saxlanılıb və barələrində hüquqi prosedurlar başlanılıb.
Faktla bağlı istintaq davam etdirilir.













