Daha 28 rusiyalı və onların ailə üzvləri Rəfah keçid məntəqəsini keçiblər.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
“Bu gün daha 28 Rusiya Federasiyası vətəndaşı və onların ailə üzvləri Rəfah keçid məntəqəsini keçiblər. Rusiya Fövqəladə Hallar Nazirliyinin Qahirədə yerləşən operativ qərargahının yerində rusiyalı xilasedicilər, psixoloqlar və Səhiyyə Nazirliyinin həkimləri Rusiya Federasiyası onlara lazım olan bütün tibbi və psixoloji yardımı göstərəcək”, – məlumatda deyilir.