Daha bir rayonun sakinləri DOST xidmətlərindən yararlana biləcəklərbackend

Daha bir rayonun sakinləri DOST xidmətlərindən yararlana biləcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1 saylı Bakı DOST Mərkəzinin xidməti ərazi üzrə fəaliyyət dairəsi genişləndirilir. Hazırda Bakının Səbail və Yasamal rayonlarının əhalisinə xidmət göstərən 1 saylı Bakı DOST Mərkəzi 1 avqust 2020-ci il tarixindən etibarən Qaradağ rayonunu da əhatə edəcək.

DOST Agentliyindən NOCOMMENT.az -a verilən məlumata görə , bu rayonun sakinləri də sosial təminat, sosial müdafiə, məşğulluq, əmək münasibətləri də daxil olmaqla ümumilikdə 132 DOST xidmətindən faydalana biləcəklər.

Xatırladırıq ki, DOST mərkəzləri 5 avqusta kimi xüsusi iş rejimində fəaliyyət göstərir.