Daha bir saxta jurnalist həbs edildi – VİDEObackend

Daha bir saxta jurnalist həbs edildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda özünü jurnalist kimi təqdim edərək Hökməli qəsəbəsində tibb işçisindən hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, qəsəbədə yerləşən tibb məntəqəsində işləyən şəxslərdən biri polisə şikayət edərək tanımadığı bir nəfərin özünü jurnalist kimi təqdim edərək onun barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib.

Cinayəti törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Qazax rayon sakini Saleh Hüseynov zərərçəkəndən 500 manat almaq istəyərkən saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman hədə-qorxu yolu ilə əldə etdiyi pul vəsaiti, saxta jurnalist vəsiqələri və digər maddi sübutlar aşkar olunaraq götürülüb. O, ifadəsində özünü jurnalist kimi təqdim edərək qeyd edilən hadisəni törətdiyini etiraf edib.