Daha bir saxta vaksin sənədi ilə bağlı CİNAYƏT İŞİ AÇILDIbackend

Daha bir saxta vaksin sənədi ilə bağlı CİNAYƏT İŞİ AÇILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Xəzər rayonu Binə Qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasında keçirilən vaksinasiya prosesi zamanı yol verilmiş qanunsuzluqlar barədə daxil olmuş material əsasında Xəzər Rayon Prokurorluğunda araşdırma aparılıb.

Xəzər Rayon Prokurorluğundan NOCOMMENT.az-a verilən məlumata görə, araşdırma ilə Elnur Əliyev, qeyd edilən xəstəxanada tibb bacısı işləyən Əsmər Hüseynova, Firəngiz Nəhmətova, Sevər Dadaşzadə, Ülkər Abasova və Sara Allahverdiyeva tərəfindən pul müqabilində vətəndaşlara vaksin vurulmadan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nın verilməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə intensiv istintaq hərəkətləri davam etdirilir.