Daha bir şəhidimizin övladı dünyaya gəlibbackend

Daha bir şəhidimizin övladı dünyaya gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

YAŞAT Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.

NOCOMMENT xəbər verir ki, şəhidimiz Kamran Kazımovun yeni doğulan övladı Kamranın zəruri xərcləri fond tərəfindən qarşılanıb.

Bu məqsədlə 1 000 manat anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5 000 manatlıq hesab açılacaq. Həmin hesaba vəsait fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.