Daha bir sığorta şirkəti bazarı tərk edirbackend

Daha bir sığorta şirkəti bazarı tərk edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 10-da saat 11:00-da “Rəvan Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

NOCOMMENT xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 40 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “Rəvan Sığorta”nın könüllü qaydada ləğv edilməsi, lisenziyasının ləğvi üçün Azərbaycan Mərkəzi Bankına Müraciət edilməsi, Ləğvetmə Komissiyasının yaradılması və Gəncə Filialının ləğv edilməsi məsələləri daxildir.

Xatırladaq ki, “Rəvan Sığorta” 1998-ci ildə “Double İnsurance Company” kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını “Star Alyans Sığorta”ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 8,9 milyon manatdır. Şirkətin səhmlərinin 49,1%-i “Nurgun Group of Companies”ə, 42,36%-i “Nurgun Motors” MMC-yə, 8,54%-i isə artıq bağlanmış “NBC Bank”a məxsusdur.