Daha bir şirkət barəsində tədbir görüldübackend

Daha bir şirkət barəsində tədbir görüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Şəhər Məhkəməsində “Atlantis-2018 Global” MMC-yə yazılan inzibati protokola baxılıb.

NOCOMMENT.az-ın xəbərinə görə, hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərara əsasən, şirkət cərimələnib.

Xatırlatma: Dövlət Gömrük Komitəsi (DGK) MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsi üzrə protokol tərtib edib.\\Pravda.az