Daha bir Universitetin əməkdaşlarına vaksin vurulurbackend

Daha bir Universitetin əməkdaşlarına vaksin vurulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, Bakı Dövlət Universitetində (BDU) əməkdaşların vaksinasiyası davam edib.

NOCOMMENT.az-ın məlumatına görə universitetdən bildirilib ki, bu gün ərzində 150-dək əməkdaş peyvəndlənmə prosesində iştirak edib.

BDU əməkdaşları könüllü şəkildə məntəqəyə gələrək xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməklə vaksinasiya olunublar.

BDU-nun müraciətini nəzərə alaraq TƏBİB Universitetin ərazisindəki poliklinikada səyyar vaksinasiya məntəqəsi yaradıb. Poliklinikada 2 qeydiyyat, 2 müayinə, 2 vaksinasiya otağı ən zəruri tibbi ləvazimat və müvafiq şəraitlə təmin olunub. Vaksinasiyanı TƏBİB-in peşəkar həkim briqadası həyata keçirir.

Vaksinasiya sabah da davam edəcək.