Daha bir Xalq artisti vəfat edibbackend

Daha bir Xalq artisti vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan teatr rejissoru, Xalq artisti Ağakişi Kazımov vəfat edib.

NOCOMMENT xəbər verir ki, Xalq artisti bu gün 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, A.Kazımov 1935-ci il noyabrın 28-də anadan olub. Aktyor ömrünün çox hissəsini teatr sahəsinə həsr edib.

O, 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində ali təhsil alıb. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak edib.

1960-cı ildə A.Kazımov Quba Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə göndəriş alıb. 1969-1970-ci illərdə o, əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. A.Kazımovun quruluşları monumental səhnə həlli, milli ənənəyə sadiqliyi ilə səciyyəvidir. Onun yaradıcılığının estetik mahiyyətini təcəssüm etdirən “Müsibəti Fəxrəddin” (N.Vəzirov), “Toy” (S.Rəhman)-Sumqayıt Dövlət Dram Teatrında, “Təzə gəlin” (S.Dağlı), “Arşın mal alan” (Ü.Hacıbəyov), “Xoşbəxtliyə gedən yol” (İ.Dunayevski)-Dövlət Musiqili Komediya Teatrında, “Komsomol poeması” (İ.Coşqun), “Məlik Məmməd” (Ə.Abbasov), “Hacı Qənbər” (N.Vəzirov), “Kiçik təpə” (N.Xəzri), “Büllur sarayda” (İ.Əfəndiyev) tamaşalar müxtəlif janrdadır.

A.Kazımov 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.