Daha bir yüksək vəzifəli məmur işdən çıxarıldı – FOTObackend

Daha bir yüksək vəzifəli məmur işdən çıxarıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov vəzifəsindən azad edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Qeyd edək ki, Ə.Qurbanov 2024-cü ildə sözügedən vəzifəyə təyinat almışdı.

Yeni qərarla o, “SOCAR Upstream” xüsusi layihələr üzrə direktor vəzifəsinə təyin edilib.

Digər bir qərarla “Azneft”in baş direktoru vəzifəsi ləğv edilib. Bundan sonra İB-də müxtəlif sahələr üzrə bir neçə direktor vəzifəsi olacaq.