Daha bir zəlzələ – Bu dəfə 6,4 bal gücündəbackend

Daha bir zəlzələ – Bu dəfə 6,4 bal gücündə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sakit okeanda Rusiyanın Petropavlovsk-Kamçatski şəhərindən 445 kilometr, Severo-Kurilskdən 153 kilometr aralıda 6,4 maqnitudalı zəlzələ olub.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Yeraltı təkanları Severo-Kurilsk sakinləri hiss ediblər. Məlumata görə, zəlzələnin ocağı 94,3 kilometr dərinlikdə yerləşib.

Daha sonra Severo-Kurilskdən 136 kilometr aralıda 4 maqnitudalı zəlzələ olub.

Tələfat və dağıntı yoxdur. Sunami təhlükəsi elan edilməyib.