Daha iki dron Moskva istiqamətində məhv edildibackend

Daha iki dron Moskva istiqamətində məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva hava hücumundan müdafiə sistemləri paytaxt istiqamətində uçan daha iki pilotsuz uçuş aparatını vurub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin özünün “Max” kanalında məlumat verib.

“İlkin məlumatlara görə, ziyan yoxdur. Fövqəladə xidmətlər hadisə yerlərində fəaliyyət göstərir”, – deyə şəhər rəhbəri yazıb.

Sobyanin daha əvvəl hava hücumundan müdafiə qüvvələrinin Moskvaya hücum edən 7 pilotsuz təyyarəni məhv etdiyini bildirmişdi. İlkin məlumatlara görə, hücum nəticəsində dağıntı olmayıb. Dağıntıların olduğu yerlərdə təcili yardım xidmətləri işləyir.