Daha iki kəndə qaz verildibackend

Daha iki kəndə qaz verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəriqaz” İstehsalat Birliyi (İB) respublikanın yaşayış məntəqələrinə istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidənqurulması istiqamətində 2020-ci ildə də genişmiqyaslı işləri davam etdirir.

“Azəriqaz” İB-dən NOCOMMENT.az -a verilən məlumata görə, bu məqsədlə bu həftə ərzində Daşkəsən rayonunun Aşağı Daşkəsən və Yevlax rayonunun Bəydilli kəndlərinə təbii qaz verilişi təmin olunub.

92 abonenti olan Aşağı Daşkəsən kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6613 metr, 118 abonenti olan Bəydilli kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 8863 metr müxtəlif diametrli borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.