Daha iki qaziyə icra hakimiyyətində vəzifə verildibackend

Daha iki qaziyə icra hakimiyyətində vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Şəhər İcra Hakimiyyətində növbəti kadr təyinatları olub.

NOCOMMENT-in report-a istinadən məlumatına görə, bu barədə şəhər icra başçısı müvafiq əmrlər imzalayıb.

Belə ki, çavuş Ayxan Cavanşir oğlu Babayev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, baş leytenant Fərman Mərfət oğlu Rüstəmov isə həmin şöbəyə böyük məsləhətçi təyin edilib.

Qeyd edək ki, onların hər ikisi də Vətən müharibəsinin iştirakçılarıdır. A.Babayev manqa komandiri kimi Cəbrayıl, Qubadlı və Laçın rayonlarının azadlığı uğrunda vuruşub. O, dövlət başçısının sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub. F.Rüstəmov isə tağım komandiri kimi Füzuli rayonu və Tərtər rayonunun Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə iştirak edib.