Daha iki rayonda xüsusi karantin rejimi sərtləşdirildibackend

Daha iki rayonda xüsusi karantin rejimi sərtləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən Goranboy və Göygöl rayonları da xüsusi karantin rejiminin sərtləşdirildiyi rayonlar sırasına daxil edilib.

NOCOMMENT.az xəbər verir ki, qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejimini sərtləşdirilib.

Qeyd edək ki, daha öncəki qərara əsasən, sərt karantin yalnız Goranboy və Göygöl şəhərlərinə aid idi. Bu gün verilən qərara əsasən isə, sərtləşdirilmiş xüsusi karantin rejimi hər iki rayonun bütün ərazisinə aid olub.