Daha iki şəhidin yeni doğulan körpələrinin adına hesab açıldıbackend

Daha iki şəhidin yeni doğulan körpələrinin adına hesab açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

YAŞAT Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.

YAŞAT Fondundan NOCOMMENT-ə verilən məlumata görə, daha 2 şəhidimizin yeni doğulan övladlarının, şəhidimiz Orxan Bəxtiyarovun Gəncə şəhərində doğulan övladı Nəfəsin, şəhidimiz Qəzənfər Mütəllimovun Sumqayıt şəhərində doğulan övladı Nişanənin zəruri xərcləri fond tərəfindən qarşılanıb. Bu məqsədlə min manat anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5 min manatlıq hesab açılacaq. Həmin hesaba vəsait fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.