Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan qızlar arasında mübahisəni əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılır.
NOCOMMENT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, görüntüdə əks olunan azyaşlıların şəxsiyyəti müəyyən olunaraq valideynləri və vəkilləri ilə birlikdə polis orqanına dəvət olunublar.
Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcək.