Dalğanın hündürlüyü 3.6 metrə çatıb – FAKTİKİ HAVAbackend

Dalğanın hündürlüyü 3.6 metrə çatıb – FAKTİKİ HAVA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 09:00-a olan faktiki hava açıqlanıb.

 

NOCOMMENT.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisində hava şəraiti yağmursuz keçib. Lakin səhər saatlarında Sarıbaş (Qax), Zaqatala, Balakəndə qısamüddətli yağış yağıb.

 

Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Goranboyda 23 m/s, Naftalanda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında, Culfada 21 m/s Neftçalada 20 m/s, Şirvanda 19 m/s, Tərtər, Bərdə, Şamaxıda 16 m/s-dək güclənib.

 

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.6 metrə çatıb.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 36, Aran rayonlarında 36, dağlıq rayonlarda 23 dərəcəyədək isti qeydə alınıb.