Dani Alveş 14 aydan sonra həbsxanadan çıxıbbackend

Dani Alveş 14 aydan sonra həbsxanadan çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliya millisinin və İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Dani Alveş 14 aydan sonra həbsxanadan çıxıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, 40 yaşlı keçmiş müdafiəçi 1 milyon avronu toplaya bilib və onu girov kimi ödəyib.

Martın 20-də Barselona məhkəməsi Alveşin girov müqabilində azadlığa buraxılmasına qərar verib.

Qeyd edək ki, o, 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüzdə ittiham olunaraq 4,5 il həbs cəzasına məhkum edilmişdi.