Danimarka polisi sərhəddə nəzarəti gücləndirib.
NOCOMMENT.az xəbər verir ki, Danimarka Ədliyyə Nazirliyi bildirib ki, buna səbəb yenidən ölkədə Quranın yandırılması olub.
Son vaxtlar Danimarkada Qurana qarşı hücumlar intensivləşsə də, bu təxribatlara yol verilməsi reaksiya ilə qarşılanır.
Müsəlman dünyası Skandinaviya hökumətlərindən bu cür hərəkətləri qadağan etməyi tələb edir.
Hökumət əvvəlcə avqustun 10-dək sərhəd nəzarətinin gücləndiriləcəyini söylədi.
Danimarka Ədliyyə naziri Peter Hummelqaard “Sonuncu dəfə Quranın yandırılması təhlükəsizlik polisinin dediyi kimi, mövcud təhlükəsizlik vəziyyətinə təsir etdi” , – deyə bildirib.