Danimarka 2024-cü ilin sonunadək Ukraynaya daha bir neçə F-16 qırıcısı göndərəcək.
NOCOMMENT.az xəbər verir ki, Ritzau agentliyi bu barədə Danimarkanın müdafiə naziri Troels Lund Poulsenə istinadla məlumat yayıb. Vəd edilən döyüş təyyarələrinin sayı və dəqiq çatdırılma tarixi “təhlükəsizlik baxımından” açıqlanmayıb.
Əvvəllər Danimarka hakimiyyəti Kiyevə 19 ədəd F-16 tədarük edəcəyini bildirmişdi ki, onların da ilk partiyasına 6 qırıcı daxil olmalı idi.
“The Economist” jurnalının məlumatına görə, Kiyev indiyədək 10 ədəd F-16 qırıcısı alıb və 2024-cü ilin sonuna qədər onların sayı 20-yə çatacaq. Ümumilikdə isə Ukrayna ordusuna 79 ədəd F-16 təyyarəsi tədarük olunacaq.
Avqustun sonunda Ukraynada bir F-16 qırıcısı vurulub. Bu hadisə Qərb ölkələrində ukraynalı pilotların sürətləndirilmiş hazırlığının keyfiyyəti ilə bağlı müzakirələrə səbəb olub.