Danimarka qadınları hərbi xidmətə çağırmağı planlaşdırırbackend

Danimarka qadınları hərbi xidmətə çağırmağı planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarkada qadınlar üçün hərbi xidmət 2026-cı ilə planlaşdırılan növbəti parlament seçkilərindən sonra tətbiq oluna bilər.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Troels Lund Poulsen deyib.

“Mən qadınlar üçün tam bərabərliyi təmin edəcək şəkildə bu məqsədə nail olmaq üçün modelləri müzakirə etməyə çox enerji sərf etdim”, – deyə nazir bildirib.

Poulsen qeyd edib ki, hazırda Danimarkanın müdafiəsini gücləndirmək çox vacibdir. İndi Danimarka ordusunda qadınlar üçün xidmət könüllüdür.

Kişilərin və qadınların Danimarka ordusuna cəlb edilməsi üçün bərabər şərtlərin müzakirəsi hökumətin hərbi kadrların artırılması sisteminin genişmiqyaslı yenidən qurulması planlarını elan etməsindən sonra baş verir. Eyni zamanda, nazirin qərarın seçkilərə qədər təxirə salınması təklifi onunla izah olunur ki, bir sıra müxalifət qüvvələri – sağ mərkəzçi Liberal Alyans və sağçı Danimarka Demokratları belə bir islahata qarşı çıxıblar.