Danimarka səfiri Xarici İşlər Nazirliyinə çağırıldıbackend

Danimarka səfiri Xarici İşlər Nazirliyinə çağırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici İşlər Nazirliyi Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimə qarşı hücuma icazə verdiyi üçün Danimarkanın Ankaradakı səfirini çağırıb.

NOCOMMENT.az xəbər verir ki, diplomatik mənbələrdən alınan məlumata görə, bu gün Danimarkada Qurani-Kərimin yandırılmasını ehtiva edən aksiyaya icazə verildiyi öyrənilib. Bundan sonra Danimarkanın Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, yanvarın 21-də İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyi qarşısında Quran yandırma aksiyasını həyata keçirən ifrat sağçı siyasətçi Rasmus Paludan bu dəfə Danimarkada Quran yandıracağını açıqlayıb.