Danimarkada naməlum obyektlərin hərəkəti aşkar edilibbackend

Danimarkada naməlum obyektlərin hərəkəti aşkar edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Danimarkanın müxtəlif yerlərində naməlum obyektlərin hərəkəti aşkar edilib.

NOCOMMENT.az bildirir ki, Reuters ölkə polisinə istinadən xəbər verir.

Polis Aalborg hava limanı yaxınlığında dronların aşkar edildiyini təsdiqləyib. Hüquq-mühafizə orqanları aydınlaşdırıblar ki, naməlum obyektlər Danimarkanın digər ərazilərində də, o cümlədən Sonderborq, Skridstrup və Esbyerq şəhərlərindəki aerodromların yaxınlığında müşahidə edilib.

Bundan əlavə, polisin qeyd etdiyi kimi, Aalborg hava limanındakı fasilə Danimarka Silahlı Qüvvələrinə də təsir edib, çünki yaxınlıqdakı Danimarka Hərbi Hava Qüvvələri bazası hava limanının uçuş-enmə zolağından və hava hərəkətinə nəzarət xidmətlərindən istifadə edir.