Danimarkada “Qurani-Kərim” və türk bayrağına hücumbackend

Danimarkada “Qurani-Kərim” və türk bayrağına hücum

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarkada növbəti dəfə Quran və türk bayrağına qarşı təxribat xarakterli hücum olub.

NOCOMMENT.az xəbər verir ki, Danimarkada islamofob və ifrat millətçi olan “Patrioterne Gar Live” adlı marjinal qrupun üzvü Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında yenidən Türkiyə bayrağı və Qurani-Kərimə hücum edib.

İslam əleyhinə pankartlar açan, İslamı təhqir edən şüarlar səsləndirən, Türkiyə bayrağına hörmətsizliklə hücum edən təxribatçı bu anları tvitter hesabında canlı olaraq paylaşıb.

Türkiyə vətəndaşlarından biri türk bayrağını yerdən qaldırıb, təxribatçıya xəbərdarlıq edərkən Danimarka polisinin müdaxiləsi ilə qarşılaşıb.

NOCOMMENT.AZ