Danimarkanın baş naziri Rusiyanı cilovlamaq üçün sosial xərcləri azaltmağa çağırıbbackend

Danimarkanın baş naziri Rusiyanı cilovlamaq üçün sosial xərcləri azaltmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa sosial təminat xərclərini məhdudlaşdırmalı, pulu müdafiə və təhlükəsizliyi maliyyələşdirmək üçün istifadə etməlidir. Bu, “daha aqressiv Rusiyanı” cilovlamaq üçün lazımdır”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Danimarkanın baş naziri Mette Frederiksen Financial Times qəzetinə müsahibəsində bildirib.

“Azadlığın bir qiyməti var. Avropa nöqteyi-nəzərindən etiraf etməliyik ki, biz öz müdafiəmizə və təhlükəsizliyimizə kifayət qədər pul xərcləməmişik”, – Frederiksen bildirib.

O qeyd edib ki, 1990-cı illərin əvvəllərində Soyuq Müharibə başa çatdıqdan sonra Danimarka və digər ölkələr hərbi büdcələrini kəsiblər. “Biz bunu edəndə sosial təminat və ya vergilərin azaldılmasına daha çox pul xərcləyə bildik. Bu haqda danışmalıyıq ki, əgər dünya mənim düşündüyüm istiqamətdə dəyişirsə, o zaman bir qəpik də xərcləmək olmaz”, – Danimarkanın baş naziri əlavə edib