Danimarkanın baş naziri rusları sülh istəməməkdə ittiham edibbackend

Danimarkanın baş naziri rusları sülh istəməməkdə ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Ukraynadakı münaqişədə sülhə nail olmaq istəmir və ABŞ bundan narahat olmalıdır.

NOCOMMENT.az xəbər verir ki, bunu “Time” jurnalına müsahibəsində Danimarkanın baş naziri Mette Frederiksen deyib.

“Mən sülh istəməyən bir ölkə görürəm. Düşünürəm ki, bu, hamını, o cümlədən ABŞ-ı narahat etməlidir <…> Biz Rusiyanı dayandırmalıyıq”, – deyə o qeyd edib.

Frederiksen vurğulayıb ki, Danimarka hasilatı artırmalı və müdafiə və təhlükəsizlik üçün daha çox xərcləməlidir.