Danimarkanın müvəqqəti işlər vəkili və Hollandiya müşaviri Türkiyə XİN-ə çağırıldıbackend

Danimarkanın müvəqqəti işlər vəkili və Hollandiya müşaviri Türkiyə XİN-ə çağırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kopenhagen səfirliyi və Haaqa səfirliyi və bəzi müsəlman ölkələrinin səfirlikləri qarşısında Qurani-Kərimin yandırılması aksiyalarının davam etməsi üzərinə, Danimarkanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili və Hollandiyanın Ankaradakı səfirliyinin müşaviri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

NOCOMMENT.az xəbər verir ki, adı çəkilən diplomatlara bu çirkin hücumlardan narazılıqlar bildirilsə də, Türkiyənin bu hərəkətləri qətiyyətlə pislədiyi və etiraz etdiyi bir daha vurğulanıb.

Qeyd edək ki, Danimarkanın müvəqqəti işlər vəkili avqustun 18-də eyni məsələ ilə bağlı Türkiyə XİN-ə çağırılıb.

NOCOMMENT.AZ