“Danışıqlar öz mənasını itirib” – İran XİN rəhbəribackend

“Danışıqlar öz mənasını itirib” – İran XİN rəhbəri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya, Almaniya və Fransanın daxil olduğu “qondarma” Aİ-3 İranın nüvə proqramı ilə bağlı danışıqlar öz mənasını itirib.

NOCOMMENT.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində deyib.

“İndi avropalılarla danışıqların mənası yoxdur, çünki onlar nə sanksiyaları qaldıra, nə də başqa bir şey edə bilərlər”, – o, qeyd edib.

Nazir əlavə edib ki, əgər aidiyyəti ölkələr BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpasını nəzərdə tutan “snapback” mexanizmini həyata keçirməyə cəhd etsələr, “bu, onların sonu olacaq”.\\“Unikal”