Danışıqların uğursuzluğu Trampın nüfuzunu sarsıdacaqbackend

Danışıqların uğursuzluğu Trampın nüfuzunu sarsıdacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA və ya İranın nüvə sazişi) bərpası üzrə danışıqların uğursuzluğu ABŞ prezidenti Donald Trampın nüfuzunu sarsıdacaq. 

NOCOMMENT.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu sözləri Valday Forumunda Rusiyanın 2001-2005-ci illərdə Tehrandakı keçmiş səfiri Aleksandr Maryasov deyib.

“Danışıqların uğursuzluğu regionda vəziyyətin gərginləşməsi demək olacaq ki, bu da İsrailin terror hərəkətləri üçün fürsət pəncərəsi açacaq və Trampın sülhməramlı rolunu sarsıdacaq”, – keçmiş diplomat bildirib.

Aprel ayında İran və ABŞ Romada nüvə məsələlərinə dair yeni görüşə başladılar . İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi , Amerika nümayəndə heyətinə isə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edir.