Darçiev: Moskva Alyaska danışıqlarından yüksək gözlənti gözləmirbackend

Darçiev: Moskva Alyaska danışıqlarından yüksək gözlənti gözləmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Alyaska sammitindən yüksək gözləntilər gözləmir.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Darçiev RİA Novosti-yə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi inqilabi nəticə deyil, dialoqda tədrici və sabit irəliləyiş gözləyir.

Darçiev qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın görüşü öncəsi əhval-ruhiyyəni əla qiymətləndirir. Diplomata görə, liderlər bütün danışıqlar gündəliyini müzakirə etməyi planlaşdırır.

Səfir əlavə edib ki, Rusiya qarşıdakı danışıqlar üçün yaxşı əsaslandırılmış mövqe hazırlayıb. İki ölkənin ikinci sammitinin perspektivləri barədə sual verildikdə isə o, qısa şəkildə “Görərik” cavabını verib.