“Daş karxanalarının əksəriyyəti fəaliyyətini dayandırıb”.
NOCOMMENT.az xəbər verir ki, bunu Qaynarinfoya əmlak eksperti Elnur Əsədov deyib.
Ekspert bildirib ki, buna səbəb son günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən daş karxanalarına nəzarət mexanizmlərinin gücləndirilməsi prosesidir:
“Bu da rəqabətin azalmasına səbəb olub. Rəqabət azalan kimi karxanalardan çıxan mişar daşlarının qiyməti əvvəlki illərdən fərqli olaraq qalxıb. Bu dövr son 6-7 ili əhatə edir. Bu müddətdə mişar daşının qiyməti təxminən 50% bahalaşıb”.
Elnur Əsədov başqa tikinti materiallarında hər hansı bir artımın olmamasını vurğulayıb.