“AzerGold” QSC tərəfindən təsis edilən “Daşkəsən Dəmir Filiz” MMC Çinin dövlət şirkəti olan “Sinosteel Equipment & Engineering Co., LTD” ilə satınalma müqaviləsi imzalayıb.
NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki, “Daşkəsən Dəmir Filiz” MMC bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Qeyd edək ki, Çin şirkəti “Daşkəsən Dəmir Filiz” MMC-yə bank maliyyələşdirilməsinə yararlı texniki-iqtisadi əsaslandırma üzrə məsləhət xidməti göstərəcək və bunun qarşılığında 4 milyon 165 min manat alacaq.