Daşkəsəndə bitki toplayan kişi qayadan yıxılıbbackend

Daşkəsəndə bitki toplayan kişi qayadan yıxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşkəsəndə bədbəxt hadisə baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonu Alunitdağ qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 1965-ci il təvəllüdlü (60 yaş) Abdiyev İlham Paşa oğlu dağlıq ərazidə bitki toplayan zaman qayadan yıxılıb.

Ağır kəllə-beyin travması alan şəxs xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.