Daşkəsəndə yanğın olub.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Daşkəsən qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakininə məxsus yaşayış evində anidən yangın başlayıb. Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Daşkəsən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib.
Yanğın zamanı 60 metr olan fərdi yaşayış evi yanaraq külə dönüb.
Yanğın söndürülüb, ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı ev sahibi 1977-ci il təvəllüdlü Vüqar Məmmədov yanıq xəsarətləri alıb. Yanıq xəsarətləri alan şəxs xəstəxanaya yerləşdirilib, hazırda onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır













