Daşkəsəndə bədbəxt hadisə baş verib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə Daşkəsən şəhərində yerləşən binaların birində qeydə alınıb.
1999-cu il təvəllüdlü E.Vəliyev binanın 2-ci mərtəbəsinin pilləkənindən 1-ci mərtəbəsinə yıxılıb.
Gənc oğlan aldığı ağır xəsarətdən hadisə yerində ölüb.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.