Daşkəsəndə narkoman sürücü tutuldubackend

Daşkəsəndə narkoman sürücü tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşkəsəndə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

NOCOMMENT.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Daşkəsən rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsü yol nişanının tələbəni pozduğu üçün saxlanılıb.

Həmin nəqliyyat vasitəsini idarə edən Elmar Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən E.Məmmədovun psixotrop vasitədən istifadə etdiyi məlum olub.

E.Məmmədov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.