Daşlar başıma düşəcəkdi – Ölümlə üz-üzə qalan mətbuat katibibackend

Daşlar başıma düşəcəkdi – Ölümlə üz-üzə qalan mətbuat katibi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün günorta kiminsə səhlənkarlığının qurbanı olacaqdım. “Sahil” metrosunun üstündəki binanın sonuncu mərtəbəsinin eyvanından qopan daşlar başıma düşəcəkdi, öləcəkdim, 2 balam da yetim qalacaqdı”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova sosial şəbəkədə yazıb.

O, hadisədən həm özünün, həm də turistlərin çox qorxduğunu bildirib: “Mən cəhənnəm, heç olmasa ölkədəki turistlərdən ayıbdır. Həmin an o yolu keçən piyadalar arasında əcnəbilər də var idi. Qıyıqgöz turist bu hadisəni lap faciə kimi qəbul etdi, canlı yayım açıb kiməsə öz dillərində nağıl elədi. Dillərin bilsəydim, ona bir-iki söz deyərdim. Deyərdim ki, təəccüblənməsin, belə halların olacağını ehtimal edib şəhərdə “kaska” ilə gəzsin.

Zarafat bir yana, çox qorxdum. Hələ də əllərim əsir. Əcəllə mənim aramda bir neçə santimetr məsafə var idi… Birdən ölsəydim?”

Teleqraf