Daşnaksutyun: Paşinyan matəmdən siyasi maraqları üçün istifadə etdibackend

Daşnaksutyun: Paşinyan matəmdən siyasi maraqları üçün istifadə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş nazir Nikol Paşinyan matəm elan edərək, bu gündən siyasi maraqları üçün yararlandı.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Daşnaksutyunun rəsmisi İşxan Saqatelyan deyib.

“Faktiki olaraq, o, Yerabluru (matəm yürüşünün keçirildiyi hərbi pantenon) təhqir etdi. O, öz hakimiyyətinə, kreslosunun saxlanılmasına görə yenidən ölkəni sarsıntılara aparır. Artıq hamıya aydındır ki, bu insan üçün kreslo ölkəmizdən, bizim Vətənimizdən, daxili sabitlik və yekdillikdən əzizdir”, – deyə İşxan Saqatelyan bildirib.

O, qeyd edib ki, baş nazir vətənin qurtuluşuna görə vəzifədən kənarlaşdırılmalıdır.

“Ölkəmizin iflasını dayandırmaq, dövlət strukturlarının çürüməsinin qarşısını almaq, dövlətin təhlükəsizliyini qorumaq, artan ictimai-iqtisadi kollapsın (fəaliyyətin dayanması-red) və humanitar faciənin qarşısını almaq lazımdır”, – deyə İşxan Saqatelyan əlavə edib.