Daşqın nəticəsində 127 nəfər həlak oldubackend

Daşqın nəticəsində 127 nəfər həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ruandada çərşənbə axşamından bəri davam edən leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 127 nəfər həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, Ruanda Prezidenti Paul Kaqame dünən verdiyi yazılı açıqlamada ölkədə çərşənbə axşamından bəri təsirli olan şiddətli yağışların sel və torpaq sürüşməsinə səbəb olduğunu, ümumilikdə 127 nəfərin həyatını itirdiyini açıqlayıb.

Ruanda Qırmızı Xaç Təşkilatı ölənlərin sayının arta biləcəyini bildirib.

Səlahiyyətlilər axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.

NOCOMMENT.AZ