Daşqınlar səbəbiylə 219 min insan köç edibbackend

Daşqınlar səbəbiylə 219 min insan köç edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) Somalidə leysan yağışlar səbəbiylə 219 min insanın daşqınlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

NOCOMMENT xəbər verir ki, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisindən verilən yazılı açıqlamaya görə, Somalinin mərkəzi bölgəsində baş verən daşqınlar minlərlə insanın həyatına mənfi təsir göstərib.

Açıqlamada Beledweyne şəhərində leysan yağışlar səbəbiylə 219 min insanın sel səbəbiylə evlərini tərk etmək məcburiyyətində qaldığı paylaşılıb.Açıqlamaya görə, daşqınlardan 460 min insan zərər çəkib, suyun səviyyəsinin qalxması səbəbindən regional xəstəxana və hökumət binaları ilə yanaşı, bir çox mühüm yerlərə ziyan dəyib.

Digər tərəfdən, Somali Fəlakət İdarəsi Agentliyi seldə 3-ü uşaq olmaqla 5 nəfərin həyatını itirdiyini bildirib.

Daşqınların təsirli olduğu bölgədə vəba və malyariya kimi epidemiyaların arta biləcəyi qorxusu var.

Qonşu ölkə Efiopiyada mayın 12-də başlayan leysan yağışlar nəticəsində 45 nəfər daşqınlarda həyatını itirib.