Davamlı Qələbələrə Doğrubackend

Davamlı Qələbələrə Doğru

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı
 
2020-ci il noyabr ayının 8-i bütün Azərbaycan xalqı üçün yeni zəfər dolu Qələbə Bayramı ilə başladı. Bu Azərbaycanın dövlətçilik tarixində yaşadığı və bütün dünyaya nümayiş etdirdiyi müzəffər Azərbaycan Ordusunun gücünü və qürurunu bir daha sübut etdi.
 
30 il həsrətində olduğumuz doğma Qarabağımızın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz sentyabr ayının 27-dən başlayan əks-hücum əməliyyatları, 44 günlük Vətən Müharibəsi ilə nəticələndi. Belə ki, müzəffər Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının bu istiqamətdə qəbul etdiyi məlum qətnamələri təkbaşına icra edərək erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi.
Məğlub Ermənistanın kapitulyasiya aktı Dağlıq Qarabağ bölgəsinin ikinci ən böyük tarixi şəhəri olan Şuşanın Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsindən qısa müddət sonra imzalandı. Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd etdiyi kimi, Ermənistanın Şanlı Ordumuz qarşısında məğlubiyyəti qəbul etməkdən başqa çıxış yolu yox idi. Buna görə də işğalçı tərəf məğlub olduğunu etiraf etdi və münaqişə rəsmi olaraq dayandırıldı.
“Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən Müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandanİlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqidir.
Eyni zamanda bu Qələbə qüdrətli Ordu ilə yanaşı, Azərbaycanın iqtisadi və siyasi iradəsini də bütün dünyaya nümayiş etdirdi.
Vətən müharibəsinin ilk günlərindənAzərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Qardaş Türkiyənin dəstəyi müharibənin aqibətini müəyyən etmiş həlledici amillərdən biridir. Qardaş Türkiyə ilə yanaşı,Pakistan, Bosniya və Hersoqovina,İtaliya, Serbiya, Böyük Britaniyakimi dövlətlər, eyni zamanda bir sıra nüfuzlu beynəlxalq təşkilatlar – BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar qətnamələr qəbul edərək sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək nümayiş etdirdilər.
Müharibə dövründə orduya komandanlıq edən, onun strategiyasını və taktikasını yüksək peşəkarlıqla müəyyənləşdirən Ali Baş Komandanın siyasi, diplomatik fəaliyyəti informasiya müharibəsində də qələbəyə səbəb olmuşdur. Prezident İlham Əliyevin informasiya cəbhəsində də misilsiz rəşadət göstərərək istər müharibənin gedişində, istərsə də müharibədən sonra dünyanın nüfuzlu KİV-lərinə verdiyi müsahibələr münaqişə ilə bağlı beynəlxalq ictimaiyyətin fikrini dəyişdirməyə müvəffəq olmuşdur.
Onu da qeyd edim ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ-Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoydu. Bu zəfər keçən bir il müddətində Azərbaycanın və eləcə də bütün regionun sülh və iqtisadi inkişafına ciddi təsir göstərməklə ölkəmizdə tamamilə yeni iqtisadi inkişaf amillərini formalaşdırdı. Eyni zamanda, bu gün doğma Qarabağımızda gedən sürətli bərpa və quruculuq işləri Azərbaycan dövləti və xalqının dünyada, xüsusilə Cənubi Qafqazda sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olduğunu bütün dünyaya nümayiş etdirir.Cənab Prezidentin işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərləri isə bunun əyani sübutudur.
Bu gün Azərbaycan xalqının dəmir yumruq kimi bir olmasının nəticəsidir ki, Azərbaycanın Ali Baş Komandanı həmin dəmir yumruğu hədəfli olaraq düşmənin başına zərbə kimi endirdi. Qürurlu və güclü xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşərək Yenilməz Azərbaycan Sərkərdəsi ilə birgə yeni, şanlı tariximizin yazılmasını davamlı edərək, daha böyük Azərbaycan uğrunda mübarizliyini əzmlə davam etdirəcəkdir.